Şüvərən şərbəti

Bu içki növündən daha çox Güney Azərbaycanda istifadə olunur. Mürəkkəb quruluşa malik içki adıdır. “Şüvərəni yeddi dönə yuyub, sonra qəndi əridib əlavə edərlər, nəhayətdə su və buzu artırarlar.” (28, 313)
Şurbul
Taftapı
OBASTAN VİKİ
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.